Azərbaycanda yollarında dəhşətli gün: <span style="color:red;">6 ölü, 20 yaralı
30 aprel 2014 10:50 (UTC +04:00)

Azərbaycanda yollarında dəhşətli gün: 6 ölü, 20 yaralı

Aprelin 29-da Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 6 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda həlak olan 6 nəfərlə yanaşı, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Gün ərzində ən ağır qəza İmişli rayonunda qeydə alınıb. Burada “Mercedes 190”markalı avtomobilin aşması nəticəsində dünən toyu olacaq gənc də daxil olmaqla 3 nəfər həlak olub. Bundan başqa Şabran, Göyçay və Bakının Nizami rayonunda da ölümlə nəticələnən qəzalar olub.

 

Hər bir faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Nizam Rza

Oxşar yazılar