Azərbaycanda yol terroru davam edir:<span style="color:red;"> 9 ölü, 32 yaralı
10 fevral 2014 10:47 (UTC +04:00)

Azərbaycanda yol terroru davam edir: 9 ölü, 32 yaralı

İstirahət günləri Azərbaycanda baş vermiş yol qəzalarında 9 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, şənbə günü – fevralın 8-də Respublika yollarında baş vermiş 14 qəzada 5 nəfər ölüb, daha 15 nəfər isə ağır xəsarət alıb. Şəki rayonundakı qəzada 1 nəfər ölüb. Qusar və Ağstafa rayonlarında qeydə alınmış hadisələrin hər birində 2 nəfər ölüb.

 

Bazar günü baş vermiş 14 yol-nəqliyyat hadisəsi nəticəsində  isə 4 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Ölümlə nəticələnən hadisələrin 3-ü Bakıda, 1-i isə Yevlaxda qeydə alınıb.

# 742
avatar

Nizam Rza

Oxşar yazılar