Azərbaycanda göldə boğulan şəxsin meyiti tapılıb.
Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, avqustun 14-də Xaçmaz rayonu, Moruqoba kəndi ərazisində suni göldə batmış 1952-ci il təvəllüdlü Kuçeryavıy Vyaçeslav Anatoliviçin axtarışları yekunlaşıb.
K.V. Anatoliviçin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdiği yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:47-də başa çatıb.