Azərbaycanda şirkət rəhbərinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən MTK rəhbəri Etibar Fərzəliyev və onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov, Arzu Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən E. Fərzəliyevin barəsində olan digər hökmlə birləşməklə 10 il, Elxan Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslər barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub. Onlar bir mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilib. Etibar Fərzəliyev eyni əməllərə görə bundan əvvəl də mühakimə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.
404