Azərbaycanda Pakistan vətəndaşına hökm oxundu
22 oktyabr 2013 14:49 (UTC +04:00)

Azərbaycanda Pakistan vətəndaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Hindistan vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən Pakistan vətəndaşı Ali Abed Ahmed Bashirinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Bashiri 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, martın 9-u Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrin xüsusi amansızlıqla qətlə yetirilib. Belə ki, həmin ünvana gələn mərhumun qeyri rəsmi münasibətlərdə olduğu qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olublar. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində isə onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olunub. 

 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Pakistan vətəndaşı Ali Abed Abşeron rayonu ərazisində saxlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar