Azərbaycanda növbəti piyada ölümü
16 yanvar 2016 23:11 (UTC +04:00)

Azərbaycanda növbəti piyada ölümü

0

Bərdədə piyadanın ölümünə səbəb olan yol-qəza hadisəsi baş verib.

 

APA-nın Qarabağ müxbirinin verdiyi xəbərə görə, 1985-ci il təvəllüdlü Bərdə rayon Qaradağlı kənd sakini Nəbiyev Samir Ənvər oğlunun idarə etdiyi avtomobil yolu keçmək istəyən qadını vurub. Nəticədə Bərdə rayon sakini  Cəfərova Rəsmiyyə Mustafa qızı  hadisə yerindəcə ölüb.

 

Qadının meyti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon Şöbəsinə göndərilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar