Azərbaycanda iki qadın dəhşətli qəzada öldü
28 avqust 2014 10:07 (UTC +04:00)

Azərbaycanda iki qadın dəhşətli qəzada öldü

0
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.

 

1986-cı il təvəllüdlü rayon sakini Seyidov Namiq İlqar oğlunun idarə etdiyi avtomobil yolun kənarında olan beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1961-ci il təvəllüdlü Cabbarova Rübabə Əli qızı və 1964-cü il təvəllüdlü Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6182

Oxşar yazılar