Azərbaycanda iki nəfəri cərəyan vurub öldürdü
12 iyul 2016 12:08 (UTC +04:00)

Azərbaycanda iki nəfəri cərəyan vurub öldürdü

0

Azərbaycanda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 11-də Laçın rayon sakini Fərid Əsədovu Ağcabədi rayonu ərazisində elektrik cərəyanı vurub. İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş F.Əsədov orada ölüb.

 

Bundan başqa iyulun 11-də Ağdaş rayon sakini Cavanşir Mirzəyevi təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar