FHN "Quba Palace Hotel”dəki faciə ilə bağlı məlumat yaydı  - <span style="color:red;">YENİLƏNİB
09 iyul 2018 15:48 (UTC +04:00)

FHN "Quba Palace Hotel”dəki faciə ilə bağlı məlumat yaydı - YENİLƏNİB

 

Fövqəladə Hallar Nazirliyi Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlərə münasibət bildirib. 
 
 
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb: "Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb". 
 
 
Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır. 
 
 
 

***

 

13:45

 

 

Quba rayonunda bədbəxt hadisə baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubadakı hotellərdən birində  kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

 

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

APA Baycan

Oxşar yazılar