Azərbaycanda həkimi şantaj edən vəzifəli şəxs həbs edilib
10 yanvar 2013 13:10 (UTC +04:00)

Azərbaycanda həkimi şantaj edən vəzifəli şəxs həbs edilib

İmişli rayonunda Saatlı şəhər bələdiyyəsinin əməkdaşı tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Nəsirov Nəsir Heydər oğlu özünü Heydər Nəsirov kimi təqdim edib və İmişli rayonunun Qızılkənd kənd sakini Salahov Rasim Tapdıq oğlundan onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gələrək, 400 manatını alıb. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Saatlı şəhər bələdiyyəsində vergi agenti işləyən Nəsir Nəsirov tutulub.

 

Qeyd edək ki, onun şantaj etdiyi R.Salahov həkimdir.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6161

Oxşar yazılar