Azərbaycanda daha bir gəlin toy günü qaçıb. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, bu dəfə hadisə Oğuzun Muxas kəndində baş verib. Toy dünən olub. Toy günü qızları Sevincin qaçdığını görən ailə onu bacısı ilə əvəzləyib və toy da gəlinin bacısının iştirakı ilə keçirilib.
Bildirilir ki, Sevinc nişanlısı Abidi sevmirmiş və bu səbəbdən sevdiyi şəxslə qaçıb.
Qeyd edək ki, toyu Manaf Ağayev aparıb.
***
Məsələ ilə bağlı Lent.az müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. O bildirib ki, indiyə qədər onun idarə etdiyi toyda belə bir hadisə baş verməyib: “Allah uzaq eləsin gəlin toydan qaçıb? Vallah nə deyim, bu xəbəri ilk olaraq sizdən eşitdim. Açığı, heç mən 4-5 ilə yaxındır ki, Oğuza toya dəvət almıram. Mənim adımın bu mövzuda hallanması düzgün deyil. Yalandan adımı belə bir hadisələrdə yazmasınlar”.