İstirahət günlərində Azərbycanda daha 3 nəfər suda boğulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veriur ki, avqustun 1-də Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Füzuli rayon sakini Saleh Sadıqov çimərkən boğulub. Meyit sudan çıxarılıb. Bakı şəhər sakini Şamil Məmmədov isə Şamaxı rayonunun Nağaraxana kəndinin ərazisindəki göldə çimərkən boğulub.
Oxşar hadisə Neftçala rayonunun Şirvanlı kəndinin ərazisində də qeydəalınıb. Rayon sakini Elvin Hüseynli dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.