İyulun 30-da Azərbaycanda daha 3 nəfər suda boğulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam rayon sakini Vüqar Paşayev Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki kanalda, Kürdəmir rayon sakini Elvin Həsənov Yevlax rayonunun Aran qəsəbəsindəki Qarabağ kanalında çimərkən boğulub. Onların meyitlərinin sudan çıxarılması üçün tədbirlər görülür.
Sabirabad rayonunun Xankeçən kəndində isə kənd sakini Baloğlan Mustafayev Kür çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.