Avqustun 21-də saat 16.00 radələrində Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dızaxlı kənd sakini İzzət İmanov dövlət qeydiyyat nişanları bilinməyən “SHANTUİ SD22” markalı buldozeri idarə edərkən onu dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla əlaqədar Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.