1904. Çar ordusu ilə qaçaq dəstələri arasında Yelizavetpol qəzasının Bitdili kəndi yaxınlığında döyüş baş verib
1918. Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Müvəqqəti Milli Şura yaradıb. Şuranın sədri M.Ə.Rəsulzadə (Müsavat), icraiyyə komitəsinin sədri isə F.X.Xoyski (bitərəf) seçilib.
1920. Azərbaycanda Fəhlə-kəndli Müdafiə Şurası təşkil edilib
1920. Nəriman Nərimanov "Kifayət qədər əsas olmadan tutulub saxlananların hamısını" həbsdən buraxmaq üçün xüsusi komissiya yaradılması haqqında dekret imzalayıb
1920. Azərbaycan İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında 24 may tarixli dekreti mətbuatda dərc olunaraq qüvvəyə minib
1956. Şair Səməd Vurğun vəfat edib
1992. Milli Məclis Azərbaycan Respublikasının Dövlət Himnini təsdiq edib
2009. Qaraheybətdəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib.