21 iyun
1503. Həmədan yaxınlığındakı Alma Qulağı adlı yerdə qızılbaş qoşunu Ağqoyunlu ordusunu məğlub edib. Bununla da Ağqoyunlu dövlətinin varlığı sona çatıb
1915. Şəki ipəksarıma müəssisələrində 9 iyunda başlamış tətil başa çatıb
1918. ADR hökumətinin qərarı ilə türk ordusunun saxlanması üçün bütün xərclər yerli əhalinin üzərinə qoyulub
1929. SSRİ Xalq Komissarları Soveti “Kolxoz quruluşunu möhkəmləndirmək tədbirləri haqqında” dekret verib
1988. Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq deputatları Sovetinin sessiyasında vilayətin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qanunazidd qərar qəbul edilib
1991. General Həzi Aslanova (ölümündən sonra) ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib
1992. Azərbaycan BMT-nin “Uşaq hüquqları Konvensiyası”na qoşulub
2001. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi təsis edilib
2009. Yaponiyadan səfərdən qayıdan Elmar Məmmədyarov yolüstü İstanbulda Əhməd Davudoğlu ilə görüşüb...