19 iyun
1900. Aktyor Möhsün Sənani Tiflisdə anadan olub
1919. Azərbaycan nümayəndəsi M.T.Hacınski da ABŞ və Fransa nümayəndələri ilə görüşlərdə bu ölkələrdən Azərbaycana manufaktura, ayaqqabı və s. gündəlik tələbat malları gətirilməsinə dair razılıq alıb
1920. Erməni terrorçular Fətəli xan Xoyskini Tiflisin İrəvan meydanında qətlə yetirib. Terror aktı zamanı ADR-in ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədov da ağır yaralanıb
1921. Ermənistan SSR hökuməti Xalq Komissarları Sovetinin sədri A. Myasnikovun və XKS-nin bütün üzvlərinin imzaladıqları bəyannamə ilə mətbuatda çıxış edərək, Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" elan edib
1934. Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik Azərbaycan Ensiklopediyasının nəşri haqqında qərar qəbul edib. Qərar həyata keçirilməyib
1937. Burjua millətçiliyində ittiham edilən Salman Mümtaz ev dustağı edilib
1992. Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurub
1997. Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyi Özbəkistanda açılıb
2009. “Təhsil haqqında Qanun” qəbul edilib
2009. Heydər Əliyev Fondu Strasburq kafedralının təmiri üçün 40 000 avro ayırıb
2009. İran Azərbaycan sərhədində qaçaqmalçılarla atışma zamanı 1 əsgər və bir neçə mülki şəxs həlak olub. Həlak olan əsgər Eltun İsgəndərova “Azərbaycan Milli qəhrəmanı” adı verilib...