7 iyun
1905. Bakıda “Həyat” qəzeti nəşrə başlayıb. Qəzetin son sayı 3 sentyabr 1906-cı ildə çıxıb
1921. RSFSR Xalq Xarici Ticarət Komissarlığı nümayəndəsinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici ticarət idarələrinin birləşdirilməsi qərara alınıb. Bir neçə gün sonra "Gürcüstan, Azərbaycan və Ermənistanın xarici ticarət üçün İttifaqı" adlı saziş imzalanıb
1992. Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezidentliyə beş namizədin iştirak etdiyi seçkidə ölkə üzrə seçicilərin 76,3 faizi iştirak edib və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlib. İyunun 17-də Elçibəy andiçmə mərasimindən sonra prezident vəzifəsinin icrasına başlayıb
1993. Gəncədə baş vermiş qiyamla bağlı Prezident Aparatında geniş müşavirə keçirilib. Qarşılıqlı ittihamlarla müşayiət olunan iclasda baş nazir Pənah Hüseynov istefa verib
2002. Cenevrədə Azərbaycanın ÜTT-yə Üzv Olması üzrə İşçi Qrupunun Birinci İclası keçirilib
2003. Lalə Şövkət Azərbaycan Liberal Partiyasının sədrliyindən istefa verərək prezident seçkilərinə müstəqil namizəd, “Milli Birlik” Hərəkatın lideri kimi qatılıb...