2 may
1920. 28 apreldən 2 may tarixinədək Bakıdan sovet Rusiyasına 1,3 milyon pud (1 pud = 16 kq) neft göndərilib. Bu hadisə Rusiyada iqtisadi canlanmaya səbəb olub
1920. Kirov və Orcenikidze Bakıdan Leninə teleqram vuraraq N.Nərimanova səlahiyyət verilməməsini tələb ediblər. Teleqramın şifrəsi 1969-cu ildə açılıb
1920. Azərbaycan SSR-in yaradılmaqda olan Fəhlə-Kəndli Qızıl Ordusu və Qızıl Donanması təminat, məvacib və ailələrin təchizatı mənasında Sovet Rusiyasının Fəhlə-Kəndli qızıl ordusunun tabeliyinə keçirilib
1921. Rusiya Kommunist Partiyasının Qafqaz bürosu Zaqafqaziya respublikaları arasında gömrükxanaların və sərhəd postlarının ləğv edilməsinə qərar verib
1930. Bakıda M.F.Axundovun abidəsi açılıb
1938. Azərbaycan Ali Soveti Qazax və Gədəbəy rayonlarından min hektarlarla ərazinin Ermənistana verilməsinə dair qərar çıxarıb
1945. 416-cı diviziyanın bir qrup döyüşçüsü leytenant A.Məcidovun başçılığı altında Brandenburq qapıları üzərində qələbə bayrağını qaldırıb
2002. Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatı açılıb...