Azərbaycanda bu gün
19 yanvar 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

19 yanvar  

 

1629. Səfəvi hökmdarı I Şah Abbas vəfat edib

 

1920. Paris sülh konfransı Ali Şurasının hökumət başçıları Cənubi Qafqaz respublikalarının vəziyyətini müzakirə edib

 

1924. Azərbaycan SSR Xalq Komissarları Soveti ən zəruri mallar olan neftin, şəkərin, parçanın, şüşənin və s. ucuzlaşdırılması barədə qərar verib.

 

1931. Azərbaycan Kommunist (bolşevik) Partiyasının XI qurultayı başlayıb. Qurultay işini 25 yanvarda başa çatdırıb

 

1990. Azərbaycan:

Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan qohumlarını tapmaq üçün cənuba keçib.

Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib

saat 19.27. Xalqa məlumat verilməsini əngəlləmək üçün Azərbaycan Televiziyasının enerji bloku partladılıb

saat 20.00. SSRİ Ali Soveti 20 yanvar saat 00.00 dəqiqədən Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar verib (lakin qərar xalqa elan olunmayıb)  

Saat 23.00. Sovet qoşun hissələri Türkan-Qala istiqamətindən Bakı üzərinə hücuma başlayıb

 

1992. Azərbaycan Respublikası Ali Sovetinin iclasında  20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr - akademik Midhət Abbasov, müavin - vitse-spiker Tamerlan Qarayev) hesabatı dinlənilib. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirilib

 

1993. Azərbaycan Respublikası Qırğızıstanla diplomatik əlaqələr qurub

 

2009. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gürcüstanda Azərbaycan dilinə dövlət dili statusu verilməsi tələbi irəli sürüb

 

2012. MTN Bakıda planlaşdırılan terror aktının qarşısını aldığını açıqlayıb

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar