[b]Azərbaycanda baş redaktor həbs edildi[/b]
12 may 2017 12:54 (UTC +04:00)

[b]Azərbaycanda baş redaktor həbs edildi[/b]

0

Ağdamda şantajla məşğul olan redaktor tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 10-da vətəndaş R. Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini deyib. R. Qasımov həmin şəxsin ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

 

Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 761

Oxşar yazılar