Azərbaycanın bir sıra yerlərində ölümlə nəticələnən avtomobil qəzaları olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 8-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubadlı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri 2 “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Seyidovun sərnişinlərindən azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa ötən gün saat 22 radələrində Şəmkir rayonunun Qasımalılar kəndinin ərazisində şəhər sakini Samir Əsgərzadənin idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini Rauf Şirinovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə Z.Şirinovun sərnişini - atası Zahid hadisə yerində ölüb, özü və digər sərnişini, habelə S.Əsgərzadə və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Avqustun 8-də saat 13 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Bəhman Cabbarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Yeganə Verdiyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.