İstirahət günlərində Azərbaycanın müxtəlif ərazilərində baş vermiş bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 1-də Samux rayonunun Ziyadlı kəndində kənd sakini Hamlet Əsgərov həyətindəki ağacdan yıxılaraq ölüb. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ərazisində isə kənd sakini Mahir Abdullayev balıq tutarkən ehtiyatsızlıqdan Kür çayına düşərək boğulub. Onun meyiti sudan çıxarılıb.
Daha bir bədbəxt hadisə Abşeron rayonunda qeydə alınıb. Masazır qəsəbə sakini, azyaşlı Gülşən Əliquliyeva ehtiyatsızlıqdan həyətdəki su hovuzuna yıxılaraq boğulub. Həmçinin iyunun 2-də Sumqayıt şəhər sakini Səbuhi Əliyev həmyerlisi Zəminə Qurbanovanın evində tikinti işləri apararkən evin tavanı çöküb və nəticədə S.Əliyey aldığı xəsarətdən ölüb.