Azərbaycanda 48 nəfəri ilan sancıb
30 iyul 2013 12:17 (UTC +04:00)

Azərbaycanda 48 nəfəri ilan sancıb

 

 

Son 3 ayda Azərbaycanda 48 nəfəri ilan, 17 nəfəri əqrəb sancıb.

 

 

Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov söyləyib.

 

Azər Maqsudov deyib ki, may ayında 16 nəfəri, iyunda 14 nəfəri, iyulda isə 18 nəfəri ilan sancıb. İndiyə qədər ilan sancmaları nəticəsində  iyun ayında 1 nəfər  həyatını itirib. Bu, Salyan rayon  Şəkərli kənd sakini,  2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovadır.  İlan sancma halları Siyəzən, Kürdəmir, Şəki, Qazax, Tovuz, Qəbələ, Bərdə və Yevlaxda qeydə alınıb.

 

Azər Maqsudov bildirib ki, may ayında 6 nəfəri, iyunda 4 nəfəri, iyulda isə 7 nəfəri əqrəb sancıb. Əqrəb sancan şəxslər həkimə müraciət etsələr də, kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib. Əqrəb sancma halları Bakı ətrafında, əsasən daş karxanalarının olduğu Qarabağ rayonunda, Güzdək qəsəbəsində və Qobu kəndində qeydə alınıb. 

 

Hörümçəyin zəhərli növü olan qara qurd da iyul ayında 6 nəfəri sancıb. Ancaq həkimə müraciət edən həmin şəxslərdə kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Oxşar yazılar