Azərbaycanda 3 piyada yol qəzasının qurbanı oldu
05 dekabr 2016 10:24 (UTC +04:00)

Azərbaycanda 3 piyada yol qəzasının qurbanı oldu

0

 

Azərbaycanda daha 3 nəfər yol qəzasının qurbanı olub. Lent.az-ın məlumatına görə, Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasında - Şərur-Xanlıqlar yolunda "Niva"nın vurduğu 23 yaşlı oğlan xəstəxanada vəfat edib. Bundan başqa Bakının Xətai rayonu ərazisində - Gəncə prospektində "Mercedes"in vurduğu 59 yaşlı qadının həyatını da xilas etmək mümkün olmayıb.

 

Daha bir piyada ölümü isə dekabrın 2-də Goranboyda - Bakı-Qazax magistralının 339-cu kilometrliyində baş verib. Burada "VAZ 2106" 53 yaşlı kişini vuraraq öldürüb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar