Dünən ölkədə 3 nəfər dəm qazından boğularaq ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.