Bu gecə İmişli və Saatlı rayonlarının sərhədində zəlzələ olub. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 2.58 radələrində İmişli-Saatlı sərhədində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 48 km dərinlikdə olub. Eraltı titrəyişlər insanlar tərəfindən hiss edilməyib.