Bakıda 31 yaşlı qadın intihar edib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər Balaxanı qəsəbəsi Səfəvilər küçəsi, 35 ünvanında qeydə alınıb.
1982-ci il təvəllüdlü Səkinəxanım Qədir qızı Mirsadıqova yaşadığı evdə özünü asıb.
Polisdən bildirilib ki, S. Mirsadıqova ailəli olub və 4 yaşlı uşağı var.
Faktla bağlı araşdırma aparılır.