Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.