Bu il yay, payız və qış fəsillərinin Azərbaycana gəlmə vaxtları açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, 2014-cü il yay Azərbaycana iyunun 21-də Bakı vaxtı ilə saat 15:51 dəqiqədə daxil olacaq.
Payızın isə sentyabrın 23-ü Bakı vaxtı ilə 07:29 dəqiqədə ölkəmizə qədəm qoyacağını deyən X.Mikayılovun sözlərinə görə, həmin an Günəş payız bərabərliyi nöqtəsində olacaq: “Qış Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 03:03 dəqiqədə qədəm qoyacaq. Yayın və qışın daxil olmasına isə Günəş duruşu deyilir (Yay və Qış Günəş duruşu). İyunun 21-də Yay Günəş duruşunda olarkən yay, dekabrın 22-də isə Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olur”.