Azərbaycan türkiyəli iş adamını İnterpola verib
30 iyul 2015 11:28 (UTC +04:00)

Azərbaycan türkiyəli iş adamını İnterpola verib

 

 

Azərbaycan vergidən yayınan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib

 

 

İrfan Bayburt Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib

 

Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 59 yaşlı İrfan Turan Bayburt vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

APA-nın əldə etdiyi məlumata görə, İrfan Turan Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.

 

Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

 

Onların hamısı vergidən yayınmada ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar