Azərbaycan prezidenti Dağüstü parkda olub
25 may 2013 12:47 (UTC +04:00)

Azərbaycan prezidenti Dağüstü parkda olub

 

Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub. Lent.az-n məlumatına görə,
bildirilib ki, parkda müasir şəlalə kompleksi yaradılmış, işıqlandırma sistemi qurulmuş, istirahət üçün lazımi şərait təmin edilib.
Sonra Azərbaycan prezidenti Dağüstü parkda tikilmiş İstiqlal Muzeyi ilə tanış olub.
İstiqlal Muzeyi dövlət başçısının 2011-ci il 2 avqust tarixli Sərəncamı əsasında tikilib.
Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib.
Məlumat verilib ki, Dağüstü parkda inşa olunmuş 600 yerlik kafedə müştərilərə yüksək xidmət göstəriləcək. Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür.
Dövlətimizin başçısı kafedə yaradılmış şəraitlə maraqlandı, binadan ətrafı seyr edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036
avatar

Oxşar yazılar