Azərbaycan ordusunun zabiti özünü asıb
30 may 2013 09:57 (UTC +04:00)

Azərbaycan ordusunun zabiti özünü asıb

Mayın 29-da Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin leytenantı 1989-cı il təvəllüdlü Sərxanlı Elşən Adilxan oğlu özünü yaşadığı hərbi şəhərciyin həyətindəki ağacdan asıb. 24 yaşlı hərbçinin asılı vəziyyətdə qalmasını görən sakinlər onun həyatını xilas ediblər. E.Sərxanlı xəstəxanaya yerləşdirilib.

 

 

İlkin məlumata görə, tağım komandiri olan hərbçi ailədaxili problemlər üzündən həyatına qəsd edib. Faktla əlaqədar araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4298
avatar

Nizam Rza

Oxşar yazılar