Azərbaycan ordusunun əsgəri şəhid olub
05 iyul 2016 15:36 (UTC +04:00)

Azərbaycan ordusunun əsgəri şəhid olub

0

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində əsgərimiz şəhid olub. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

 

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

 

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar