Azərbaycan hərbçiləri beynəlxalq kursda iştirak edəcək
08 may 2014 13:05 (UTC +04:00)

Azərbaycan hərbçiləri beynəlxalq kursda iştirak edəcək

0

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 10-dan 16-dək Qazaxıstanın Almatı şəhərində “Gizir və çavuşların birgə təlimləri” mövzusunda təlimi, mayın 12-dən 13-dək Belçikanın paytaxtı Brüsseldə “Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi” (e-PRIME) üzrə kursu, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən 16-dək İstanbulda 17-ci beynəlxalq dənizçilik yarışları, Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən iyulun 4-dək paytaxt Buxarestdə Orta səviyyəli ingilis dili kursu və mayın 12-dən 30-dək Predeal şəhərində Dağa dırmanma təlimatçıları kursu keçiriləcək.
 

Tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar