Azərbaycan diplomatının ölümünün səbəbləri araşdırılır
Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı, ikinci katib Tural Qurbanovun ölüm səbəbləri araşdırılır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elman Abdullayev Lent.az-a açıqlamasında diplomatın ölümünü təsdiq edib və araşdırmalar aparıldığını bildirib: “Tural Qurbanov məzuniyyətdə olub və Xarici İşlər Nazirliyinin əldə etdiyi məlumata görə, ürək çatışmazlığından rəhmətə gedib”.
Qeyd edək ki, 29 yaşlı diplomatın meyiti iyulun 25-də səhər saatlarında Maldiv adalarında, paytaxtın yaxınlığındakı “Kurumba Resort” otelində tapılıb. Ölümün səbəbləri hələlik dəqiq məlum deyil. Azərbaycanın Maldiv adalarında səfirliyi olmadığından, həmin ölkədən məlumatlar İndoneziyadakı səfirliyimiz vasitəsi ilə əldə edilir.
4360