Elektrik kabeli oğurlamış şəxs yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azərbaycan Dəmir Yolları QSC-yə məxsus yoldəyişən qurğudan 40 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Natiq Əliyev tutulub.
Araşdırma aparılır.