"Avtosfer.az" saytına hücum edirlər
01 oktyabr 2014 14:05 (UTC +04:00)

"Avtosfer.az" saytına hücum edirlər

Avtosfer.az-a sayına xaker hücumları başlayıb. Bu barədə Lent.az-a saytın rəhbəri Elməddin Muradlı məlumat verib. Onun sözlərinə görə, ötən həftənin cümə günündən başlayaraq sayta kütləvi hücumlar başlayıb: “İnternet mütəxəssisləri bildirirlər ki, «ddos» hücumları ardıcıl edilir. Guya, Banqaladeşdən hücum edirlər. Amma məlum məsələdir ki, bu işi təşkil edənlər izi azdırmağa çalışırlar. Avtosfer.az saytında yol polisinin fəaliyyətindəki nöqsanlar barədə tez-tez yazılar veririk. Hələ bir dəfə də olsun yol polisi bu yazılarla bağlı konkret və əsaslı mövqe bildirə bilməyib. Çünki biz əsassız nəsə yazmırıq. Eyni zamanda, internetdə avtomobil dövlət nömrə nişanlarının satılmasından yazmışdıq. Bu yazılardan bir gün sonra sayta hücumlar başladı”.

Elməddin Muradlı onu da bildirib ki, saytın fəaliyyətini bərpa etmək hələlik mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar