AZAL-dan təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 iyul 2014 13:07 (UTC +04:00)

AZAL-dan təyyarə qəzası ilə bağlı AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda baş verən təyyarə qəzasının səbəbini açıqlayıb.

 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 F” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib.

 

Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb: “Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1607
avatar

Oxşar yazılar