Aytac Babayevanı qətlə yetirən İzzət Hüseynov apellyasiya şikayəti verib. Lent.az-ın məlumatına görə, artıq şikayət ərizəsi Bakı Apellyasiya Məhkəməsinə verilib. İzzət Hüseynov Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı hökmün dəyişdirilməsini və ona cəzasının yüngülləşdirilməsini istəyir
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qətl hadisə bu il fevral ayında Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.
İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.