Jurnalistin ölkədən çıxışının qadağan edilməsi ilə bağlı məhkəmə keçirilib
12 aprel 2016 18:35 (UTC +04:00)

Jurnalistin ölkədən çıxışının qadağan edilməsi ilə bağlı məhkəmə keçirilib

 

Bu gün Nəsimi rayon Məhkəməsində jurnalist Aynur Qənbərovanın (Elgünəş)in ölkədən çıxmasına qadağa qoyulmasına bağlı iddia üzrə məhkəmə  keçirilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov özünün feysbuk səhifəsində məlumat verib.

 

O bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses başqa vaxta təxirə salınıb. Vəkilin sözlərinə görə, buna səbəb Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi  və məhkəmənin sorğusuna cavab vermədiyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

 

E. Sadıqov bildirib ki, hakim Babək Pənahov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi Aynur Elgünəşin ölkədən çıxışına qadağa qoyulmasına əsas verən sənədlərin verilməsi üçün 28 mart 2016-cı il tarixdə sorğu göndərib. Bu günə qədər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə istintaq idarəsi həmin sorğunu icra etməyib və nümayəndəsini ümumiyyətlə məhkəməyə göndərməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Səlcuq Elçin

Oxşar yazılar