Ayağını kəsən ustanı FHN-çilər damdan salıb
02 oktyabr 2013 21:45 (UTC +04:00)

Ayağını kəsən ustanı FHN-çilər damdan salıb

Oktyabrın 2-də  axşam saatlarında  Sabunçu rayonu Bakıxanov qəsəbəsi General Mehmandarov küçəsi 23 ünvanında vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çağırılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə yerində 1993-cü il təvəllüdlü Mahmudbəyli Ənvər Əlikram oğlu 3 mərtəbəli çox mənzilli yaşayış binasının dam örtüyündə şiferin vurulması üçün taxtaları kəsici laqunda aləti kəsərkən  təhlükəsizlik qaydalarını pozduğu müəyyən olunub. Laqunda onun əlindən çıxıb. Nəticədə usta iki ayağının dizdən aşağı nahiyəsinin əzələ və sümük hissəsinə ciddi xəsarət yetirib.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının zərərçəkmişə damın üstündə ilkin və təxirəsalınmaz tibbi yardım göstərib.

 

Bundan sonra xilasedicilər hadisə yerindəki qaldırıcı kran vasitəsilə zərərçəkmişi binanın damından aşağı endirilməsini təmin edərək, onu Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına  təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1508
avatar

Oxşar yazılar