Axtarışda olan 59 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən, iyulun 19-da gün ərzində törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
220