Axtarışda olan 406 nəfər ələ keçib
17 iyun 2016 10:15 (UTC +04:00)

Axtarışda olan 406 nəfər ələ keçib

0

 

2016-cı ilin may ayı ərzində dövlət sərhədini pozduqlarına görə 23 halda 28 nəfər saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların 19 nəfəri Azərbaycan, 3 nəfəri İran, 3 nə­fəri Nigeriya, 2 nə­fəri Özbəkistan, 1 nəfəri Gürcüstan vətəndaşı ol­ub.

 

Bundan başqa, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 3 halda 7 nəfər, Xəzər dənizində 30 halda 52 nəfər, Sərhəd Nəzarət Məntəqələrində 489 halda 704 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycanın hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 406 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Məlumatda bildirilir ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 4 kiloqram 251 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

Həmçinin həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 5-də Lerik rayonunun Xocadoy kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 2 ədəd bağlamada 1000 qutu "X-3" markalı siqaret, 1550 qram həşiş, 500 qram heroin, may ayının 10-da Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 2 ədəd bağlamada ümumi çəkisi 1095 qram həşiş aşkar olunaraq götürülüb.

 

May ayının 15-də isə  "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçmiş Culfa rayon sakini Babayev Ramin Fəxrəddin oğlunun idarə etdiyi "Chery" markalı, Az 85-GO-841 dövlət qeydiyyat nömrəli avto­mobilə baxış zamanı 724 qram marixuana aşkarlanaraq götürülüb.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində isə 99 halda ümumi dəyəri təq­ribən 509 min 347 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 2 qutu  pnevmatik silah patronu, 1 ədəd metal axtaran detektor, 6 kiloqram qızıl külçə, 564 qram qızıl məmulatı, 41029 qutu müxtəlif markalı siqaret, 62 ədəd mobil telefon, 32 baş xırdabuynuzlu heyvan, 7 ədəd qayıq, müxtəlif növ dərman preparatları və s. saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar