R. Nurullayevin yaxınlarının APA-ya verdiyi məlumata görə, yol qəzası bu gün saat 10.30 radələrində baş verib. R. Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Hadisə baş verən zaman R. Nurullayevin həyat yoldaşı da avtomobildə olub. Qəza nəticəsində R. Nurullayev və həyat yoldaşı xəsarət alıblar və onlar Klinik Tibbi Mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onların hər ikisinin həyatı üçün təhlükə aradan qaldırılıb.