Avtoyuma məntəqəsinin işçisi müştəri tərəfindən döyüldü
Xəzər rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində avtoyuma sexində baş verib.
Orada avtoyuyucu işləyən 1975-ci il təvəllüdlü Xaləddin Xaləddinov döyülüb. X.Xaləddinovun Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi ilkin izahata görə, onu Şahin adlı avtomlbil sahibi dəmir alətlə döyüb.
Qeyd edək ki, yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
574