Göyçay şəhərində bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 5-də Göyçay şəhərində yerləşən avtoyuma məntəqələrindən birində şəhər sakini Elnur Məmmədov elektrik cəryanı vurması nəticəsində ölüb.
Araşdırma aparılır.