Avtomobillə at arabası toqquşdu - <span style="color:red;"><b>yaralılar var</b>
04 sentyabr 2017 22:58 (UTC +04:00)

Avtomobillə at arabası toqquşdu - yaralılar var

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Birinci Varlı kəndində qeydə alınıb.

 

“VAZ 2107” markalı avtomobilin at arabası ilə toqquşması nəticəsində kənd sakinləri, 1993-cü il təvəllüdlü Göyçəyev Semra Elşən oğlu və 1995-ci il təvəllüdlü Nuriyev Dərbənd Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. S.Göyçəyev Şirvan şəhər xəstəxanası, D.Nuriyev isə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar