Avtomobilin şüşəsini sındıranlar tutuldu
17 fevral 2016 12:57 (UTC +04:00)

Avtomobilin şüşəsini sındıranlar tutuldu

0

Bakıda avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 16-na keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Ramin Tağıyevə məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə maqnitofon oğurlanıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Elnur Zeynalov və Rüfət Şükürlü tutulublar.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar