Keçmiş məhkumun avtomobilində narkotik tapıldı
20 iyun 2019 13:08 (UTC +04:00)

Keçmiş məhkumun avtomobilində narkotik tapıldı

0

Cəlilabad sakinində narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin salonuna baxış zamanı 3 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar